2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar parlament seçkilərinin təşviqat mərhələsi davam edir.
Bu mərhələdə namizədlər öz seçiciləri ilə görüşlər keçirərək onlara platformalarını açıqlayır, deputat seçiləcəyi təqdirdə görəcəyi işlərdən danışırlar. Etiraf etmək lazımdır ki, namizədliyini irəli sürmüş şəxslərin bir çoxunun seçicilərlə görüşləri sönük keçsə də, lakin böyük seçici kütləsi ilə görüşlər keçirən namizədlər də az deyil. Bunlardan biri də Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş İmamverdi İsmayılovdur.
Apardığımız müşahidələr onu deməyə əsas verir ki, İmamverdi İsmayılovun təbliğat kampaniyası çərçivəsində keçirdiyi hər bir görüşə böyük seçici marağı var və qubadlılılar yenidən qanunverici orqanda məhz Onu öz deputatı kimi görmək istəyirlər. Bəs bunu şərtləndirən başlıca amillər hansılardır?
Birincisi, İmamverdi İsmayılov xalq adamıdır, O xalqın içindən çıxıb. Bu günə qədər qazandığı bütün uğurları, nailiyyətləri, hörməti məhz pillə-pillə addımlamaqla, daşı daş üstünə qoymaqla əldə edib. Bir sözlə bu gün xalq arasnda olan nüfuzu, hörməti asanlıqla başa gəlməyib. Min bir çətinliklərə qatlaşaraq əldə edib hər şeyi.
İkincisi, İmamverdi İsmayılov geniş söz ehtiyatına malikdir, səlis nitqi var. Qanunverici orqan da məhz danışmaq, seçici qayğılarını dilə gətirmək üçündür. Yəni, səlis nitqin olmalıdır, çoxlu söz ehtiyatına malik olmalısan ki, Milli Məclisdə seçicilərini layiqincə təmsil edə biləsən.
Üçüncüsü, İmamverdi İsmayılov azərbaycançılıq ideologiyasına sədaqətli azərbaycanlıdır. Bu sədaqət onun yaradıcılığında da görünür.
Eyni zamanda İmamverdi İsmayılovun həyatında, siyasi və publisistik fəaliyyətində Azərbaycan var, Azərbaycan dövləti var, Azərbaycan dövlətçiliyi var, azərbaycançılıq var. Məhz bütün bu xüsusiyyətlərinə görə, qubadlılılar İmamverdi İsmayılovu yenidən öz deputatı görmək istəyirlər.
Süleyman