"Ukraynanın Kurska hücumu gözlənilməz oldu. Rusiyanın bütün ordusunun əsas hissəsi Ukrayna ərazisində olduğu üçün ehtiyat qüvvələri yox səviyyəsindədir".
Newscenter.az xəbər verir ki, bu fikirləri ƏHD Partiyası sədrinin müşaviri Azər Qasımov səsləndirib. Onun sözlərinə görə, Rusiya Ukrayna ordusunun Belqoroda hücumuna şahid olmuşdu:
"Onda da Ukrayna əsgərləri Rusiya ərazisinə daxil olmuşdular, amma tez çıxmışdılar. Bundan sonra Rusiya Ukrayna ilə bu hissədə sərhəd əraziləri gücləndirmək üçün 200 milyon dollar pul ayırmışdı ki, bu da sərhəddə "əjdaha dişləri" adlandırdıqları üçkünc betonlar düşülməsi ilə başa çatmışdı. Bu daşlar Ukrayna ərazisində "Surovikin xətti" adlandırılan müfafiə xəttinin də əsasını təşkil edirdi. Bu daşlar tank və zirehli texnikanın irəli getməsinə imkan vermir deyə bildirilirdi".
Azər Qasımov deyib ki, indi isə Putin Ukrayna ordusunun Kurskdan çıxarılması üçün oktyabrın birinə kimi hərbi rəhbərliyə əmr verib:
"Amma bunun mümkün olacağı şübhə altındadır. Bunun üçün cəbhədən ordu çıxarmağı və bu əraziyə gətirməyi də qadağan edib. Təbii ki, hələlik bir neçə batalyon əraziyə gətirilib. Amma bunun üçün yeni qüvvələrin hazırlanmasına başlanılıb".
Süleyman