Bir neçə gündür ki. Rusiyanın Kurs vilayətinə hücum edən Ukrayna silahlı qüvvələrini ərazidən sıxışdırıb çıxarmaq mümkün olmur. Bir sıra ekspertlər hesab edirlər ki, bu hadisə artıq Rusiyanın tükəndiyinin göstəricisidir.
Newscenter.az-ın xəbərinə görə. ƏHD Partiyası sədrinin müşaviri Azər Qasımov isə hesab edir ki, Rusiyanın tükəndiyini demək hələlik tezdir. Onun sözlərinə görə, Rusiya sadəcə "xüsusi hərbi əməliyyat" adı verdiyi bu müharibəni mövcud ordu və könüllü pullu əsgərlər hesabına aparmaq istəyir:
"Amma getdikcə bu şəkildə orduya qoşulmaq istəyənlərin sayı kəskin azalır. Rusiya hakimiyyəti bunun üçün təklif edilən maddi vəsaiti də xeyli artırıb. Bu isə külli miqdarda vəsait edir. Rusiyanın imkanları isə bunu daha da davam etdirməyə çatmır. Görünən odur ki, Rusiyanın hərbi səfərbərliyə getməsi qaçılmaz olacaq".
Azər Qasımov hesab edir ki, Rusiya çətinliklə və ciddi itkilər hesabına də olsa, öz ərazisini geri alacaq:
"Amma bunun özü Rusiyanın gücünü xeyli alacaq".
Süleyman