Finlandiya prezidenti Alexander Stubb bildirib ki, Kiyev Qərbin verdiyi silahlardan Rusiya ərazisində müdafiə məqsədilə istifadə edə bilər. Mətbuat konfransının yayımı Finlandiya Xarici İşlər Nazirliyinin YouTube kanalında nümayiş etdirilib.
“İcazə verin, birinci suala dəqiq cavab verim, bəli, zərbə vura bilər”, – o, jurnalistin “Kiyev Qərbin verdiyi silahlardan Rusiya ərazisinə zərbə endirmək üçün istifadə edə bilərmi?” sualına cavab verib.
Onun sözlərinə görə, Finlandiya müdafiə məqsədləri üçün istifadə edilməsi və beynəlxalq hüquq normalarına uyğun olması şərti ilə təqdim etdiyi silahların istifadə dairəsinə heç bir məhdudiyyət qoymayıb.
Rusiya daha əvvəl Ukraynaya silah tədarükü ilə bağlı NATO ölkələrinə xəbərdarlıq göndərib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ukraynaya istənilən silah göndərilməsi Rusiya üçün qanuni hədəf olacaq.
Rusiya Federasiyasının Xarici Siyasət Departamenti bəyan edib ki, NATO ölkələri Ukraynanı silahla təmin etməklə “odla oynayır”.