Qazaxıstanda alma idxalına qadağa tətbiq edilib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bu il 300 min ton alma toplanacaq. 2024-cü ilə qədər alma bağları tam meyvə verəcək və məhsuldarlığın daxili bazarın tələbatını ödəməklə 18% artacağı proqnozlaşdırılır.
“Müzakirənin nəticələrinə əsasən, ilin sonunadək üçüncü ölkələrdən almanın avtomobil yolu ilə Qazaxıstan ərazisinə idxalına müvəqqəti qadağa qoyulması barədə qərar qəbul edilib”, - deyə nazirliyin məlumatında bildiirlir.
Natiq Orucov