Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çay ixracından 15 milyon dollar gəlir əldə edilib

Çay ixracından 15 milyon dollar gəlir əldə edilib


Türkiyə çay ixracından 15 milyon dollar gəlir əldə edib.

Newscenter.az Şərq Qaradəniz İxracatçılar Birliyinə istinadən xəbər verir ki. ən çox ixrac 5 milyon 248 min 461 dollarla Belçikaya olub. Belçikanı 2 milyon 201 min 913 dollarla Böyük Britaniya və 1 milyon 125 min 902 dollarla Almaniya izləyib.

Məlumata görə, cari ilin 7 ayında Türkiyədən 114 ölkəyə, muxtar və azad zonalara çay ixrac edilib.

Bundan başqa Türkiyədən Dubay, Mavritaniya, Ekvatorial Qvineya, Tunis, Misir, Cənubi Sudan, Kuba, Burundi, Mərkəzi Afrika Respublikası, Namibiya, Sao Tome və Prinsipi Venesuela, Cibuti, Kolumbiyaya da çay ixrac edilib.

Natiq Orucov
Xəbəri paylaş