Son günlər Ermənistan tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin atəşə tutulması halları intensivləşib. Müxtəlif istiqamətlərdə Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutan Ermənistanın bu addımı nəyə hesablanıb?
Newscenter.az-ın xəbərinə görə, məsələyə münasibət bildirən “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı deyib ki, Ermənistan bu cür təxribat xarakterli addımları ilə Azərbaycanla sülh müqaviləsinin imzalanmasına mane olmağa çalışır. İctimai Birlik sədri hesab edir ki, İrəvan bu cəsarəti ona havadarlıq edən. Silah ötürən Fransa, Hindistan və eləcə də Qərbdən alır:
“Ermənistanın birtərəfli qaydada silahlandırılması onun yenidən pozuculuq fəaliyyətinə rəvac verib. Düzdür, Ermənistan indiki halda Azərbaycanla müharibə aparmaq gücündə deyil. Çünki onun canlı qüvvəsinin böyük bir qsimi 44 günlük müharibə zamanı Azərbaycan Ordusu tərəfindən zərərsizləşdirilib. Digər tərəfdən erməni cəmiyyətində İkinci Qarabağ Müharibəsindən sonra bir qorxu, xof yaranıb. Nə qədər qisasçılıq hissi ilə yaşasalar da, indiki halda erməni valideynləri öz övladlarını döyüşə göndərmək niyyətində deyillər. Sadəcə olaraq dediyim kimi məqsəd Azərbaycanla sülh müqaviləsinin imzalanmasına mane olmaq və vaxt qazanmaqdır”.
Arzuman Muradlı deyib ki, Ermənistana bu fürsət tanınmamalıdır:
“İmkan vermək olmaz ki, Ermənistan yenidən silahlanaraq Azərbaycana qarşı növbəti dəfə təcavüzə, işğalçılıq siyasətinə başlasın. Onu təsirli vasitələrlə sülhə məcbur etmək lazımdır”.
Süleyman