Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hakan Fidan Brüsselə gedir

Hakan Fidan Brüsselə gedir


Türkiyənin xarici işlər nazirİ Hakan Fidan Avropa İttifaqı xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında iştirak etmək üçün Brüsselə gedir.

Newscenter.az Türkiyə XİN-ə istinadən bildirir ki, Fidan avropalı həmkarlarına regional və qlobal təhlükələrə qarşı Türkiyə-AB əməkdaşlığının əhəmiyyətini izah edəcək.

O, həmsöhbətlərinə iradənin nümayiş olunacağı və münasibətlərin möhkəmlənməsi üçün konkret addımların atılacağı gözləntilərini çatdıracaq.

Nazir Fidan həmçinin NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında iştirak edəcək.

Qeyri-rəsmi görüşdə Türkiyənin prioritetləri də gündəmdə olacaq.

Anar Əliyev
Xəbəri paylaş