Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Həsib Məhəməliyev seçicilərlə növbəti görüşünü keçirib

Həsib Məhəməliyev seçicilərlə növbəti görüşünü keçirib


2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 110 saylı Balakən seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nəsib Məhəməliyev Qazma kəndinin seçiciləri ilə görüş keçirdi.

Newscenter.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan YAP Balakən rayon təşkilatının sədri Azad Balayev kənd sakinlərini salamlayaraq, ölkəmizin siyasi sistemində aparıcı rola malik Yeni Azərbaycan Partiyasının bu seçkilərə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz möhtəşəm ümumxalq Zəfərindən sonra yaranmış reallıqlardan irəli gələn hədəflərlə - “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. Azad Balayev qeyd edib ki, Ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası cəmiyyətin bütün təbəqələrindən olan insanları öz ətrafında birləşdirib.

Təşviqat qrupunun üzvü Rəşid Musayev,kənd sakinləri Əkrəm Eminov,Vaqif Musayev,Höcət Mollayev yekdilliklə YAP-ın namizədini dəstəklədiklərini bildirdilər.Çıxışçılar birmənalı olaraq hər kəsi seçkilərdə fəal olmağa,seçkiyə gələrək seçdikləri namizədə səs verməyə dəvət etdilər.

Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 110 saylı Balakən seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nəsib Məhəməliyev əvvəlcə YAP-ın seçki platforması haqqında geniş və ətraflı məlumat verdi. O qeyd etdi ki, Yeni Azərbaycan Partiyası Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi və xalqın dəstəyi ilə ictimai-siyasi sabitliyin, iqtisadi inkişafın təmin olunması, dövlətçiliyin möhkəmləndirilməsi, milli maraqların qorunması, respublikanın beynəlxalq mövqeyinin gücləndirilməsi istiqamətində mühüm işlər gördü və tarixi nailiyyətlərə imza atdı.

Nəsib Məhəməliyev çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağıraraq qeyd edib ki, Azərbaycan Respublikası Milli Məclisinə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilər xalqın Yeni Azərbaycan Partiyasına inamının növbəti ifadəsi, Heydər Əliyev yoluna sədaqətinin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Zəfər yürüşünün davamına birmənalı dəstəyinin təsdiqi olacaq.

O, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğruldacağına söz verdi..

Süleyman
Xəbəri paylaş