Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İnternetdən daha çox nə üçün istifadə olunur

İnternetdən daha çox nə üçün istifadə olunur


Türkiyədə internet istifadəçilərinin daha çox nələrə üstünlük verdiklərinin statistikası açıqlanıb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, Türkiyədə şəxsi fəaliyyətləri üçün internetdən istifadə edən şəxslərin 95,5 faizi son 3 ayda WhatsApp, Messenger, Skype, Bib, Viber kimi proqramlar vasitəsilə mesaj göndərib.

Qeyd edilir ki, ölkədə internetdən istifadə getdikcə genişlənir. Xüsusilə, infrastruktur investisiyaları və internet sürətinin təkmilləşdirilməsi bu texnologiyanın geniş kütlələr tərəfindən istifadə edilməsinə imkan verir.

Smartfonların yayılması, sosial media platformalarının populyarlaşması, video paylaşma saytlarının və rəqəmsal oyunların artması xüsusilə gənclərin internetdə daha çox vaxt keçirməsinə səbəb olur. İnternet bankçılıq vasitəsilə əməliyyatları asanlaşdırmaq və elektron ticarət vasitəsilə alış-veriş etmək internetdən geniş istifadəni yaradan amillərdəndir.

Anar Əliyev
Xəbəri paylaş