Namibiya İsrailə silah aparan gəminin onun ərazi sularına və limanına daxil olmasına qadağa qoyub.
Newscenter.az Röyters-ə istinadən bildirir ki, Cənubi Afrika ölkəsi olan Namibiya İsrailə silah aparan gəminin öz ərazi sularına və Walvis Bay limanına girməsinə icazə verməyib.
Xəbərə görə, Namibiyanın ədliyyə naziri Yvonne Dausab, Namibiya Liman İdarəsi də daxil olmaqla, müvafiq qurumlara İsrailə silah daşıyan “MV Kathrin” adlı gəminin ölkəyə buraxılmaması barədə göstəriş verib.
Qəbul edilən qərarla bağlı mətbuata verdiyi açıqlamada Namibiyanın Fələstinlə bağlı mövqeyinin açıq olduğuna diqqət çəkən Dausab, Namibiya Polis Gücü tərəfindən aparılan daha ətraflı araşdırma nəticəsində gəminin partlayıcı maddə daşıdığıni deyib.
Anar Əliyev