Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kişilər internetdə daha çox YouTube videolarına baxırlar

Kişilər internetdə daha çox YouTube videolarına baxırlar


Türkiyədə qadın və kişi internet istifadəçilərinin internetdə daha çox nədən istifadə etdiklərinin təhlili aparılıb.

Newscenter.az Türkiyə Statistika Təşkilatına istinadən bildirir ki. qadınların 94,7 faizi səsli və video zənglər edir.

“WhatsApp”, “Messenger”, “Skype”, “Bib”, “Viber” kimi proqramlar vasitəsilə mesajlaşma üçün internetdən istifadə edənlərin nisbəti 95,5 faizə çatıb. Araşdırmada iştirak edən kişilərin 96,2 faizi, qadınların isə 94,8 faizi bu tətbiqlər vasitəsilə mesaj göndərib.

Kişilər qadınlardan daha çox YouTube videolarına baxıblar.

Instagram, Facebook və X (Twitter) kimi sosial media platformaları vasitəsilə profil yaratmaq, mesaj göndərmək və ya fotoşəkillər paylaşmaq da internetdən ən çox istifadənin səbəbləri arasında olub. Fərdlərin 87,5 faizi sosial mediada məzmun paylaşmaq üçün internetdən istifadə etdiyi halda, kişilərin 89,4 faizi və qadınların 85,5 faizi eyni səbəbdən internetdə vaxt keçirib.

Anar Əliyev
Xəbəri paylaş