Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kiyevə 1,1 milyard dollar vəsait ayrılacaq

Kiyevə 1,1 milyard dollar vəsait ayrılacaq


Beynəlxalq Valyuta Fondu (BVF) Ukraynaya 1,1 milyard dollar yardım ayıracaq.

Newscenter.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb. Bildirilib ki, sözügedən yardımla əlaqədar olaraq Fondun nümayəndələri sentyabrda Ukraynaya səfər edəcəklər.

Nümayəndə heyətinin səfəri sentyabrın 4-də başlayacaq və təxminən bir həftə davam edəcək. Bu müddət ərzində fondun mütəxəssisləri ölkənin büdcə proqnozunu təhlil edəcək və Kiyevə 15,6 milyard dollarlıq yardım proqramından 1,1 milyard dollar məbləğində növbəti tranşın ayrılması barədə qərar qəbul ediləcək.

Qeyd edək ki, 2023-cü ilin martında BVF Ukrayna üçün 15,6 milyard dollar məbləğində dörd illik proqramı təsdiqləyib.

Natiq Orucov
Xəbəri paylaş