Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nəsib Məhəməliyev seçiciləri ilə daha bir görüş keçirib

Nəsib Məhəməliyev seçiciləri ilə daha bir görüş keçirib


2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 110 saylı Balakən seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nəsib Məhəməliyev Meşə Şambul kəndinin seçiciləri ilə görüş keçirdi.

Newscenter.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan YAP Balakən rayon təşkilatının sədri Azad Balayev onu da bildirdi ki, Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə mühüm nailiyyətlər əldə edib: “Bu gün sıralarında 730 mindən çox üzvü birləşdirən YAP gücünü xalqın dəstəyindən alır. Bu partiyanın fəaliyyətində söykəndiyi ideologiya onu daim uğurlara aparır. Parlament seçkilərində YAP ilə rəqabət aparmaq gücündə olan siyasi təşkilat yoxdur”.

Çıxışçılardan kənd sakinləri Qafar Qafarov,Nəzakət Qazaxova,Telman Xutrayev seçkiyə hazır olduqlarını bildirərək kəndin bəzi problemlərini səsləndirdilər.

Çıxış edən deputatlığa namizəd Nəsib Məhəməliyev YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, Yeni Azərbaycan Partiyasının Azərbaycanın aparıcı siyasi qüvvəsi olduğu kimi, Qafqazda və onun hüdudlarından kənarda da böyük nüfuza malik bir siyasi təşkilat olduğunu vurğulayıb: “Ulu Öndər Heydər Əliyev irsinin layiqli davamçısı İlham Əliyev cənablarının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin edilib. Artıq yeni dövrə qədəm qoymuşuq. Qarşımızda bir çox mühüm hədəflər durur və qüdrətli Azərbaycan dövləti bütün milli məqsədlərin gerçəkləşməsinə nail olacaqdır. Gücünü xalqdan alan partiya daim qalib gələcək”.

Deputatlığa namizəd Nəsib Məhəməliyev Meşə Şambul seçicilərini 1 Sentyabrda məntəqələrə gələrək cənab Prezidentin siyasətinə dəstək olmağa dəvət etdi.

Süleyman
Xəbəri paylaş