Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

PKK-nın məsul şəxslərindən biri məhv edilib

PKK-nın məsul şəxslərindən biri məhv edilib


Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) terror təşkilatı PKK/KCK-nın sözdə liderlərindən olan Gülüstan Tekiki zərərsizləşdirib.

Newscenter.az MİT-ə istinadən bildirir ki, o, İraqın Süleymaniyyə şəhərində həyata keçirdiyi dəqiq əməliyyatla məhv edilib.

Murat Karayılanın xüsusi göstərişi ilə PKK terror təşkilatı tərəfindən verilmiş saxta şəxsiyyət vəsiqəsi olan Pelin Batman kod adlı Gülistan Tekikin İraqın Süleymaniye şəhərində yerləşdirildiyi öyrənilib.

Gülistan Tekik təşkilatın Süleymaniyyədə təbliğat və dezinformasiya fəaliyyətini həyata keçirirdi. O, həm də təşkilatın ideologiyasının yayılmasına və təşkilatda iştirakın artırılmasına cavabdeh idi.

Fəaliyyətini ifşa edilməmək üçün saxta şəxsiyyətlə həyata keçirən Gülistan Tekik Süleymaniyyədə oxşar fəaliyyətlər həyata keçirən digər terror birləşmələrindən də məsul idi.

Qeyd edək ki, o, 1998-ci ildə PKK/KCK-ya qoşulub. Pelin Batman kod adı Gülistan Tekik, "Silahlı Terror Təşkilatına üzv olmaq" cinayətinə görə axtarışda idi.

Mehman Mehdiyev
Xəbəri paylaş