Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstanda benzin ixracı qadağan edildi

Qazaxıstanda benzin ixracı qadağan edildi


Qazaxıstanda avtomobillə benzinin ixracı qadağan edilib.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Qazaxıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, xarici ticarət siyasəti üzrə idarələrarası komissiyanın iclasında avtomobil benzini, dizel yanacağı və bəzi növ neft məhsullarının Qazaxıstan ərazisindən avtomobil nəqliyyatı ilə ixracına qoyulan qadağanın uzadılması barədə qərar qəbul edilib.

Lakin bu qadağalar Aİİ ölkələrinə şamil edilmir.

Natiq Orucov
Xəbəri paylaş