Tarixən azərbaycanlılar erməni vandalları tərəfindən deportasiya və soyqırıma, qətliama məruz qalıblar. İstər XX əsrin əvvəllərində, XIX əsrin 40-50-ci illərində, istərsə də müstəqillik dövründən sonra erməni vandalları xalqımıza qarşı amansız cinayətlər, qətliamlar həyata keçiriblər. Bunlardan biri də Ballıqaya qətliamıdır.
1992-ci il avqustun 28-də ermənilərin Goranboy rayonunun Ballıqaya kəndində həyata keçirdikləri qətliam nəticəsində 24 nəfər azərbaycanlı mülki şəxs amansızlıqla qətlə yetirilib. Dəhşətlisi isə odur ki, qətlə yetirilənlərin 6-sı azyaşlı uşaq, 6-sı isə körpə olub. Öldürülmüş dinc insanların bəzilərinin meyidləri yandırılıb. Ballıqaya faciəsi erməni vandallarının xalqımıza qarşı törətdiyi insanlıq əleyhinə cinayətlərdən biridir. Ondan əvvəl və sonra da Ermənistan dövləti tərəfindən Azərbaycana, azərbaycanlılara qarşı çoxsaylı cinayətlər, qətliamlar törədilib. Əsrin soyqırımı olan Xocalı soyqırımı, Malibəyli, Qaradağlı faciələri, ən son İkinci Qarabağ Müharibəsi zamanı Gəncə və Bərdəyə raket hücumları etməklə onlarla insanın həyatına törədilən qətillər erməni cinayətlərinin, qətliamlarının bariz nümunəsidir.
Tarix unudulmasa, başımıza gətirilən müsibətlər hər faicəinin idönümündə yad edilsə də, eyni zamanda artıq bu və ya digər cimayətlərin cavabsız qalmadığı təskinliyə də var. Daha dəqiq desək Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında İkinci Qarabağ Müharibəsi zamanı indiyə qədər xalqımıza qarşı ermənilər tərəfindən törədilən qətliamların, soyqırımların qisasını aldı.
İndi qarşımızda duran yeganə ümdə vəzifə azərbaycanlılara qarşı həmin qətliamları həyata keçirənlərin beynəlxalq ədalət qarşısında cavab vermələrinə nail olmaqdır. Müzəffər Ali Baş Komandan və onun qüdrətli ordusu ilə tarixi ədaləti bərpa etdiyimiz kimi, azərbaycanlılara qarşı qətliam həyata keçirənlərin də beynəlxalq hüquq qarşısında cavab verəcəklərinə nail olacağımıza inam var. Çünki Cənab İlham Əliyev Azərbaycan xalqına qarşı yönəlmiş bu qırğınların heç birinin unudulmayacağı və buna görə Ermənistanın hüquqi müstəvidə də cavab verməyə məhkum ediləcəyini çıxışlarında dəfələrlə qeyd edib. Necə ki, qondarma rejim yaradıb azərbaycanlıları tarixi torpaqlarından qovan separatçılar bu gün Azərbaycan həbsxanalarında layiq olduqları cəzaları çəkirlər, eləcə də qətliam və soyqırımlarda əli olan erməni vandallarını belə bir sonluq gözləyir.
S.İsmayılbəyli