Türkiyə-Yunanıstan sərhədini pozaraq qonşu ölkəyə qaçmağa cəhd göstərən 12 nəfər saxlanılıb.
Newscenter.az Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən bildirir ki, saxlanılanlar arasında 3 nəfər Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvüdür.
Məlumata görə, Türkiyədən Yunanıstana qeyri-qanuni yollarla keçməyə cəhd edən 12 şübhəli Ədirnədə növbətçi sərhəd qoşunları tərəfindən yaxalanıb.
Araşdırmalar nəticəsində şübhəlilərdən 3-nün FETÖ terror təşkilatının üzvü olduğu müəyyən edilib.
Mehman Mehdiyev