Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Ermənistanı təzyiq altında saxlamalıdır

Azərbaycan Ermənistanı təzyiq altında saxlamalıdır


Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamadan öncə aralıq bir müqavilə bağlanmasına israr edir. Buna isə rəsmi Bakı haqlı olaraq razı deyil.

Newscenter.az-ın xəbərinə görə, ƏHD Partiyası sədrinin müşaviri Azər Qasımov bunu belə əsaslandırıb:

"Ermənistanla hər hansı sülh müqaviləsi öncəsi aralıq müqavilə imzalanması hesab edirəm ki, Azərbaycanın mənafeyinə ziddir. Hər bir müqavilənin ömrü bir yeni müqavilə imzalanana qədərdir. Yeni aralıq müqavilə "9 noyabr" müqaviləsinin qüvvədən düşməsinə səbəb olacaq. Bu zaman yeni tarixi durum yaranacaq və bu müqavilə Azərbaycanın əl-qolunu bağlayacaq".

O hesab edir ki, Azərbaycan Ermənistanla məqbul şərtlərlə tək sülh müqaviləsi imzalamalıdır:

"O günə kimi isə Azərbaycan Ermənistanı təzyiq altında saxlamalıdır".

Süleyman
Xəbəri paylaş