Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) yaxın aylarda bir neçə genişmiqyaslı təlimlər keçirəcək.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, sentyabrın birinci yarısında Qırğızıstanda KTMT-nin kollektiv fəaliyyət qüvvələri ilə “Qarşılıqlı fəaliyyət-2024” komanda-qərargah təlimi keçiriləcək. Oktyabrın əvvəlində isə KTMT-nin sülhməramlı qüvvələri ilə Qazaxıstanda “Sarsılmaz qardaşlıq-2024” komanda-qərargah təlimi baş tutacaq.
Oktyabrın ortalarında Tacikistan ərazisində Mərkəzi Asiya regionunun Kollektiv Çevik Hərəkat Qüvvələrinin bölmələri ilə birgə “Sərhəd-2024” təlimi keçiriləcək. Təlimlərin son mərhələlərində KTMT-nin baş katibi İmanqali Tasmaqambetovun şəxsi iştirakı nəzərdə tutulub.
İran, Misir, Monqolustan, Pakistan, BƏƏ və digər ölkələrin nümayəndələri təlimlərdə müşahidəçi qismində iştirak edəcəklər.
Anar Əliyev