Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nəsib Məhəməliyev seçiciləri ilə daha bir görüş keçirib

Nəsib Məhəməliyev seçiciləri ilə daha bir görüş keçirib


2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 110 saylı Balakən seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nəsib Məhəməliyev Şərif kəndinin seçiciləri ilə görüş keçirdi.

Newscenter.az xəbər verir ki. görüşü giriş sözü ilə açan YAP Balakən rayon təşkilatının sədri Azad Balayev bildirib ki, qısa zamanda xalqı ətrafına toplayaraq iqtidar partiyasına çevrilən Yeni Azərbaycan Partiyası, eyni zamanda, ölkədə demokratiyanın inkişafında aparıcı qüvvə kimi özünü təsdiqləyib və Azərbaycanın müstəqilliyinin təminatçısı kimi özünü doğruldub.

Kənd sakinləri şəhid atası Şəmsəddin Tuhumov,şəhid anası Tinay Sarkayeva,Səməd Muradov və digərləri yekdilliklə YAP-ın namizədini dəstəklədiklərini bildirdilər.Çıxışları əsnasında onu qeyd etdilər ki,namizədin əvvəlki iki dönəm deputatlıq fəaliyyəti,istərsə də digər vəzifələrdəki fəaliyyəti qənaətbəxş olub,təqdirə layiqdir.Bu dəfə də etimadlarını doğruldacağına əmindirlər.

Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 110 saylı Balakən seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nəsib Məhəməliyev YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib: “Ölkə həyatının bütün sahələrində həyata keçirilən islahatlar davamlı inkişafın təmin olunmasına, hər bir vətəndaşın rifahının yüksəldilməsinə xidmət edir. YAP-ın seçki platformasında Azərbaycanın islahatlar yolu ilə inkişafı istiqamətində əsas hədəflər aydın əksini tapır”.

Namizəd bildirib ki, ölkəmizdə yüksək seçki mədəniyyəti və ənənələri mövcuddur, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində biz növbəti dəfə bunun şahidi olacağıq.

Süleyman
Xəbəri paylaş