Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sülh olsa da, olmasa da Naxçıvanla yol açılmalıdır

Sülh olsa da, olmasa da Naxçıvanla yol açılmalıdır


"Azərbaycanın şərt kimi irəli sürdüyü konstitusiya dəyişikliyinə Ermənistanın 2027-ci ili göstərməsi sülhdən yayınmaq anlamına gəlir. Bundan sonra üç il vaxt qazanmaqla Ermənistan silahlanmasını davam etdirməklə yanaşı, Azərbaycan və Ermənistan arasında qeyri-müəyyən durumu saxlamaq istəyir. Bu isə təhlükəli tendensiya yaradır".

Newscenter.az xəbər verir ki, bunu ƏHD Partiyası sədrinin müşaviri Azər Qasımov deyib. O bildirib ki, Ermənistana inam yoxdur:

"Üç il müddətində geosiyasi durumda çox şey dəyişə bilər. Məsələ ondadır ki, əslində Ermənistanı məcburi şəkildə sülh imzalamağa məcbur etmək də mənasız işdir. Məcburi sülhdənsə qeyri-müəyyənlik daha yaxşıdır. Amma Azərbaycanın beynəlxalq enerji, nəqluyyat layihələri haqda planları var və bu planlarını Ermənistana görə təxirə salmaq fikri yoxdur. Azərbaycan Ermənistanla sülh bağlamasa, Ermənistanın bu layihələrdən kənarda qalacağı kəsinləşəcək. Təbii ki, bu, Ermənistanın öz işidir. Amma Azərbaycanın Ermənistanın nazı ilə oynamaq fikri yoxdur. Sülh olsa da, olmasa da Naxçıvanla yol açılmalıdır".

Azər Qasımov deyib ki, Ermənistan "9 noyabr" bəyannaməsi ilə buna imza atıb və öhdəlik götürüb:

"Azərbaycan Rusiyadan imza atdığı və qarant durduğu "9 noyabr" bəyannaməsinin 9-cu bəndinin həyata keçirməsini tələb etməlidir. Rusiya 9-cu bəndi həyata keçirməlidir".


Süleyman
Xəbəri paylaş