Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Ağdaşda Ağdaş və Göyçay rayonları sakinlərinin qəbulunu keçirib.
Bu barədə Newscenter.az-a Nazirlikdən məlumat verilib.
Bildirilib ki, fövqəladə hallar naziri tərəfindən qəbul edilən Ağdaş və Göyçay rayonları sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.
Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri, Nazirliyin müvafiq struktur bölmə və qurumlarının rəhbərləri də vətəndaşları qəbul edib.
Mehman Mehdiyev