Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tahir Budaqov Rusiya Federal Məclisi Federasiya Şurasının müşahidə missiyasının nümayəndələri ilə görüşüb

Tahir Budaqov Rusiya Federal Məclisi Federasiya Şurasının müşahidə missiyasının nümayəndələri ilə görüşüb


Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının müşahidə missiyasının rəhbəri - Federasiya Şurasının Elm, təhsil və mədəniyyət komitəsi sədrinin birinci müavini İlyas Umaxanov və Parlament fəaliyyətinin qaydaları və təşkili komitəsi sədrinin müavini Aleksandr Terentyevlə görüşüb.

Newscenter.az xəbər verir ki, İlyas Umaxanov Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının müşahidə missiyasının tərkibi və fəaliyyəti haqqında məlumat verib. O, təmsil etdiyi missiyanın geniş müşahidə təcrübəsinə malik olduğunu və Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərə də böyük maraq göstərdiyini söyləyib.

İlyas Umaxanov seçki qanunvericiliyinə uyğun olaraq ədalətli rəqabət mühitinin, o cümlədən namizədlər üçün bərabər imkanların yaradılmasının mühüm əhəmiyyət daşıdığını bildirib.

Yeni Azərbaycan Partiyasının seçkilərə hazırlıqla bağlı gördüyü işlər haqqında məlumat verən YAP Sədrinin müavini 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin də ölkə qanunvericiliyinə və beynəlxalq standartlara uyğun olaraq rəqabətli mühitdə keçiriləcəyinə əminliyini ifadə edib.

Tahir Budaqov seçkilərə hazırlığın yüksək səviyyədə olduğunu qeyd edərək yerli və beynəlxalq müşahidəçilərə seçki prosesini izləmək üçün bütün şəraitin yaradıldığını qeyd edib.

Sonra YAP Sədrinin müavini Tahir Budaqov müşahidə missiyasını maraqlandıran sualları cavablandırıb və onlara fəaliyyətində uğurlar arzulayıb.

Süleyman
Xəbəri paylaş