Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov heç kimin seçicilərin hüquqlarını pozmağa ixtiyarı olmadığını bəyan edib.
Newscenter.az-ın məlumatına görə, M.Pənahov seçkinin əsas mərkəzində seçicinin dayandığını bəyan edib:
"Seçkinin əsas mərkəzində seçici dayanır. Ona görə heç kim onların hüquqlarına zidd hansısa addım ata bilməz".
O bildirib ki, gün ərzində beş dəfə səsvermənin gedişi və seçici fəallığı barədə məlumat veriləcək.Bu saatlar - 10:00; 12:00; 15:00; 17:00 və 19:00 olacaq.
Mehman Mehdiyev