ADY-nin əsas dəyərlərindən biri sərnişinlərin və yüklərin təhlükəsiz daşınmasını təmin etməkdir.
Newscenter.az quruma istinadən bildirir ki, bu məqsədlə 2-8 sentyabr tarixləri növbəti “Təhlükəsizlik həftəsi” elan edilir.
Həftə çərçivəsində sosial mediada, qatarlarda, vağzal və stansiyalarda intensiv maarifləndirilmə tədbirləri keçiriləcək.
Kampaniyanın məqsədi sərnişinlərin, dəmiryol infrastrukturundan istifadə edən şəxslərin hərəkətin təhlükəsizliyinə xüsusi diqqət etməsini və nəticədə qəzaların, kənar müdaxilələrin, digər neqativ halların sıfıra endirilməsini təşviq etməkdir.
"Birlikdə təhlükəsiz nəqliyyat mühiti yarada bilməyimiz üçün siz də dəmir yollarında təhlükəsizliyə risk yaradan hallarla qarşılaşdığınız zaman dərhal 1822 Əlaqə Mərkəzinə məlumat verin",-deyə ADY bildirir.
Süleyman