Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Azneft” İB-in "28 May” Neft Qaz Çıxarma İdarəsində yanğın olub

"Azneft” İB-in "28 May” Neft Qaz Çıxarma İdarəsində yanğın olub


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin (İB) “28 May” NQÇİ-nin 4 saylı Dərin Dəniz Özülündə yanğın qeydə alınıb.

Bu barədə Newscenter.az “Azneft”dən bildirilib.

Dərhal hadisə yerinə yanğınsöndürən gəmilər cəlb edilib, qısa müddətdə alovun genişlənməsinin qarşısı alınıb və yanğın tam söndürülüb.

Hadisə nəticəsində 1960-cı il təvəllüdlü, "Azneft" İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən xüsusi texnika İdarəsinin əməkdaşı İslamov Rafiq İsa oğlu həyatını itirib.

Hadisənin şəraiti qiymətləndirilərək aidiyyəti üzrə müvafiq tədbirlər görülür.

Mehman Mehdiyev
Xəbəri paylaş