Sentyabrın 1-də ölkədə keçirilən parlament seçkiləri bir sıra məqamları ilə yadda qaldı. Uzun illər parlamentdən kənarda qalan bəzi partiyalar qanunverici orqanda mandat qazandı, bəzi partiyalar isə parlamentdəki yerlərinin sayını artırdı. Belə partiyalardan biri də ƏHD Partiyasıdır. Belə ki, indiyə qədər 1 deputatla təmsil olunan partiya son seçkilərin nəticələrinə əsasən, mandat sayını 2-yə qaldırdı.
Newscenter.az-ın xəbərinə görə, sözügedən partiya sədrinin müşaviri Azər Qasımov deyib ki, ƏHD partiyası olaraq da partiya tarixində yeni dövrə qədəm qoyduq:
"Partiyamız Milli Məclisə iki deputat mandatı qazana bildi. Bu, partiyamızın uğurudur. Partiyamız artıq Milli Məclisdə iki deputatla təmsil olunacaq. Bu, partiyamızın mövqeyini həm ölkə daxilində, həm də ölkə xaricində daha da gücləndirdi".
Azər Qasımov hesab edir ki, digər namizədlər də xüsusi diqqətə layiq idi.
Süleyman