Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Erməni tərəfi 2027-ci il tarixini təsadüfən səsləndirmir

Erməni tərəfi 2027-ci il tarixini təsadüfən səsləndirmir


"Konstitusiya dəyişikliyinin 2027-ci ildə keçiriləcəyi ilə bağlı, Ermənistan tərəfi, konkret olaraq baş nazir Paşinyan çıxış edib. Hesab edirəm ki, erməni tərəfi 2027-ci il tarixini təsadüfən səsləndirmir. Bunun altında başqa niyyətlər durur".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Nəsib Məhəməliyev səsləndirib. Onun sözlərinə görə, 2026-cı ildə Ermənistanda parlament seçkiləri keçiriləcək:

"İndidən kimsə qarantiya verə bilməz ki, Paşinyanın partiyası seçkilərdə qalib gələcək və hökuməti formalaşdıracaq. Reytinqlərə baxdıqda, görmək olar ki, hazırki iqtidarın qalib gəlmə ehtimalı çox da yüksək deyil. Digər məsələ isə, geosiyasi faktorlarla, Ermənistanın indiki və keçmiş hakimiyyətlərinin apardıqları, yanlış siyasətlə əlaqəlidir. Ermənistan, tarixən Rusiya üçün Cənubi Qafqazda forpost rolunu oynamışdır. İndi isə, ağasını Fransa ilə əvəzləməyə çalışır. Ona görə də, gələcəkdə bölgə üçün olduqca təhlükəli addımlar atmaqdadır. Avropa İttifaqının müşahidə missiyası adı altında kollektiv Qərbin hərbçilərini ölkəsində yerləşdirir və getdikcə saylarını artırır. Cənubda isə, İran SEPAH-nın mövcudluğu sirr deyil. Bir-birinə zidd, müxtəlif güclərin, balaca bir ölkədə cəmləşməsi, Ermənistanın sürətlə Suriyalaşması, subyektivliyini itirməsi deməkdir. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, 2027-ci ilə qədər sülh müqaviləsi çətin ki, imzalansın".



Süleyman
Xəbəri paylaş