"Ermənistan, sülh müqaviləsinin imzalanması üçün, konstitusiya dəyişikliyinə qədər, ATƏT-in Minsk qrupunun fəaliyyəti, buraxılması ilə bağlı bəyanat verməlidir".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deeputatı Nəsib Məhəməliyev səsləndirib. O bildirib ki, Ermənistan SSR Ali Sovetinin Qarabağın birləşdirilməsi ilə bağlı qərarlarını ləğv etməlidir:
"Ermənistan bunların heç birini etmir. Sülh istəyən ölkə, hər şeydən əvvəl sülhə maneçilik törədən amilləri aradan qaldırmalıdır. Prezident İlham Əliyev, beynəlxalq hüquqa əsaslanaraq, sülhün əldə olunması üçün 5 şərt irəli sürmüşdü. Hansı ki, Avropa İttifaqının prezidenti Şarl Mişel tərəfindən qəbul edilmişdi. Əfsuslar olsun ki, Makronun kobud müdaxiləsindən sonra proses pozuldu. Ermənistan bir dəfəlik başa düşməlidir ki, istənilən üçüncü qüvvənin öz maraqları var və maraqlarını təmin etmək üçün, erməni xalqını qurban verəcək".
Süleyman