Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) yeni təlimlərə hazırlaşır.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Qazaxıstan Hərbi Akademiyasının “Qayalı şəhər-Astana” poliqonunda KTMT-yə üzv dövlətlərin “Skala-2024” xilasetmə bölmələri ilə xüsusi təlimlər keçiriləcək.
Təlimin mövzusu “Mərkəzi Asiyada baş vermiş dağıdıcı zəlzələ nəticəsində yaranmış fövqəladə halların aradan qaldırılması”dır.
Poliqon Almatı vilayətinin “Tamqalı Taş” dərəsində yerləşir. Birinci gün KTMT-yə üzv dövlətlərin xilasetmə bölmələrinin birgə təlimlərinin açılışı və başlanması baş tutacaq.
İkinci gün fövqəladə və qəza işləri aparan təhsil müəssisələrində praktiki bölmə, yanğınsöndürmə və xilasetmə texnika və avadanlıqlarının sərgisi, KTMT-yə üzv dövlətlərin əlaqələndirmə şurasının iclası, bağlanış mərasimi olacaq. Sonda xüsusi təlim məşqi və xilasetmə bölmələrinin mükafatlandırılması mərasimi baş tutacaq.
Mehman Mehdiyev