Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Millətin vəkili olmaq üçün yarışa qatılmağın özü də təqdirə layiqdir

Millətin vəkili olmaq  üçün yarışa qatılmağın özü də təqdirə layiqdir


Parlament seçkiləri arxada qaldı. Xırda pozuntular və insdentləri nəzərə almasaq, ümumilikdə seçki demokratik və şəffaf baş tutdu.

Newscenter.az-ın xəbərinə görə, seçki dəyərləndirməsi aparan “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib ki, kimlərsə seçkidən narazı qalır və bu rəqabətdə iştirak edənlərin emosiyalarını, siyasi hazırlıqlarını, seçkidə iştirakın metodlarını nəzərə alsaq təbii ki, bunun normal hal olduğunu anlayarıq:

"İstənilən halda bu narazılıqlar normaldır, bu seçki marafonuna qoşulanlar, millət vəkili olmaq üçün qoşuldular. Təbii ki, millətin vəkili olmaq üçün yarışa qatılmağın özü də təqdirəlayiqdir. Amma bu statusu qazanmaqla heç də hamı millət vəkili olmur".

Mərkəz rəhbərinin qənaətincə, bu günün siyasi reallıqlarını nəzərə alsaq ən uğurlu yol, sivil rəqabətdir:

"Seçkilərdə sivil rəqabətlər aparılmalıdır. Düzü siyasi intellekti olmayan şəxslərin, 1 sentyabr tarixində keçirilən seçkilərində iştirakının şahidi olduq və bu hər seçkidə olur . Əsas şərt seçkilərin və seçki sisteminin prinsiplərinə riayət etmək idi. Ümumi qaydada bu prinsiplərin pozulması diqqətimizi çəkmədi".

Anar Əliyev
Xəbəri paylaş