Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Parlament seçkiləri dünyaya demokratiya nümunəsi oldu

Parlament seçkiləri dünyaya demokratiya nümunəsi oldu


"1 sentyabr 2024-cü ildə ölkədə keçirilən növbədənkənar parlament seçkiləri dünyaya demokratiya nümunəsi oldu".

Newscenter.az xəbər verir ki, bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında yer alıb. Analitik Qrupdan bildirilib ki, seçkilərdə ciddi qanun pozuntusunun qeydə alınmaması, vətəndaşların müstəqil şəkildə öz konstitusiya hüquqlarından istifadə edərək heç bir kənar müdaxilə olmadan səsvermə prosesində iştirak etməsi belə deməyə əsas verir:

"Hər bir seçkilərdə olduğu kimi növbədənkənar parlament seçkilərində də xırda insdentlər, problemlər yaşandı ki, bunun da seçkilərin nəticələrinə elə də ciddi təsiri yoxdur".

Analitik Qrup hesab edir ki, dünyanın heç bir ölkəsində, hətta demokratiyanın beşiyi hesab edilən Birləşmiş Ştatlarda belə ideal seçki keçirmək mümkün deyil.

Anar Əliyev
Xəbəri paylaş