Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Seçki günü məntəqələrdən 11 nəfər təcili yardıma müraciət edib

Seçki günü məntəqələrdən 11 nəfər təcili yardıma müraciət edib


Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə seçki günü, sentyabrın 1-də seçki məntəqələrindən 11 nəfərin (7-si qadın, 2-si kişi cinsli olmaqla) ümumi müraciəti qeydə alınıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, müraciət edən şəxslərdən 7 nəfərə yerində yardım göstərilib, 1 nəfər (qadın cinsli şəxs insult diaqnozu ilə) isə tibb müəssisəsinə hospitalizasiya olunub. O cümlədən, 2 nəfər yardımdan imtina edib.

Müraciətlərin əsas səbəbi baş ağrısı, hipertenziya ilə bağlı olub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Milli Məclisinə təyin edilən növbədənkənar seçkilərdə təcili yardım xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Xəbəri paylaş