Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Seçkilər demokratik şəraitdə baş tutub

Seçkilər demokratik şəraitdə baş tutub


"1 sentyabr 2024-cü ildə keçirilən parlament seçkiləri demokratik şəraitdə baş tutdu. Bəzi seçki məntəqələrində qeydə aldığımız xırda insdentlərə rəğmən seçkilərin nəticələrini qəbul edirik. Çünki həmin insdentlər də ümumilikdə seçkilərin nəticələrinə ciddi şəkildə təsir göstərəcək dərəcədə deyildi".

Bunu Newscenter.az-a 70 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizəd Susana Məmmədova deyib. O bildirib ki, 1 sentybar seçkiləri ilə Azərbaycan dünyaya daha bir demokratik seçki ənənəsi nümayiş etdirdi:

"Bu bir siyasi mübarizə meydanıdır. Bu mübarizədən qalib ayrılan namizədlərin hər birini təbrik edirəm. Əsas odur ki, dövlətimiz, millətimiz üçün xeyirli-uğurlu olsun".

Susana Məmmədova seçki məntəqələrində olduğu müddətdə qeydə aldıqları xırda nöqsanlarla bağlı dərhal 70 saylı Neftçala Seçki Dairəsinə məlumat verdiklərini və həmin problemlərin də operativ şəkildə aradan qaldırıldığını vurğulayıb.

Anar Əliyev
Xəbəri paylaş