"Ölkədə keçirilən növbədənkənar parlament seçkiləri müasir Azərbaycan tarixinin həlledici dövründə keçirildi. Azərbaycanın suverenliyinin bütün torpaqlarında bərpa edilməsindən sonra keçirilən seçki tarixi xarakter daşıdı".
Newscenter.az xəbər verir ki, bunu ƏHD Partiyası sədrinin müşaviri Azər Qasımov deyib. O bildirib ki, bütün ərazilərimizdə seçki məntəqələri quruldu və vətəndaşlar səsverməyə işğaldan azad edilmiş torpaqlarda da getdilər:
"Ümumi şəkildə bu növbədənkənar seçki qənaətbəxş olsa da, bəzi dairələrdə seçki pozuntularının olduğu göründü. Amma bunun kütləvi xarakter almadığı qənaətindəyəm. Hesab edirəm ki, seçkilər bəzi gözləntilərə cavab verməsə də ümumən normal keçdi. Seçkinin nəticələrinin dövlətimiz və xalqımız üçün uğurlu və xeyirli olmasını arzu edirəm".
Süleyman