Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Susana Məmmədova: "Əsas odur ki, mübaizəni şərəflə, ləyaqətlə, sağlam şəkildə aparasan"

Susana Məmmədova: "Əsas odur ki, mübaizəni şərəflə, ləyaqətlə, sağlam şəkildə aparasan"


70 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizəd Susana Məmmədova 1 sentybarda keçirilən parlament seçkilərində həmin dairədən deputat seçilmiş Tənzilə Rüstəmxanlıya təbrik ünvanlayıb.

Newscenter.az həmin təbriki təqdim edir:

Seçki proesi arxada qaldı. Məlumunuz olduğu kimi, 1 sentyabr, 2024-cü il tarixdə ölkədə keçirilən növbədənkənar parlament seçkilərində mən də doğma Neftçalamızdan deputatlığa namizədliyimi irəli sürmüşdüm. İlk dəfə siyasi mübarizəyə qatılan biri kimi bu seçkilər mənim üçün bir həyat dərsi oldu. Həm siyasi təcrübə, həm də dostu-düşməni tanımaq baxımından.

Seçkinin bütün mərhələlərində mənə yaxından dəstək olan doğmalarımın, əziz neftçalalılarımızın sayəsində uzun və şərəfli bir yol qət etdim. Bu şərəfli yolda mənim yanımda yer alan, mənə dəstək olan hər bir kəsə ayrı-ayrılıqda təşəkkür edirəm.
Qeyd etdiyim kimi seçki bir siyasi mübarizədir və mübarizədə udan tərəf də var, uduzan tərəf də. Əsas odur ki, bu mübaizəni şərəflə, ləyaqətlə, sağlam şəkildə aparasan. Mən də bu mübarizəni məhz sağlam formada aparmağa üstünlük verdim. Çünki sonucda hər şey doğma Neftçalamız üçün idi.

Seçkilərin nəticələri artıq məlumdur və mənim də seçki mübarizəsinə qoşulduğum 70 saylı Neftçala Seçki Dairəsindən qalib Azərbaycan Türkiyə Evinin rəhbəri, Vətəndaş Həmrəyliyi Partiyasının müşaviri Tənzilə xanım Rüstəmxanlıdır. Mən də nəticələr elan olunduqdan dərhal sonra seçki mədəniyyəti nümayiş etdirərək Tənzilə xanımı təbrik etməyi özümə borc bildim. Əsl azərbaycanlı xanımı, rəqibinə qarşı dözümlü olan və sağlam, ləyaqətli mübarizə aparmağı üstün tutan Tənzilə xanımın opponentlərinə qarşı necə kübar, əsl Azərbaycan xanımına xas olan formada davranmasının bir daha əyani şahidi oldum. Mənim seçki mədəniyyəti nümayiş etdirməyimə Tənzilə xanımın da eyni jesti göstərməsi sözün həqiqi mənasında qürurverici idi. Son anlara qədər mandat uğrunda gərgin mübarizə aparan rəqibini qucaqlayıb bağrına basması əsl Azərbaycan xanımına xas xüsusiyyət idi.

Dostlar, Rəsul Rzanın dediyi kimi, “Mübarizə bu gün də var, yarın da, Mən də onun ən ön sıralarında”. Ancaq mübarizəni də gərək sağlam formada, siyasi mədəniyyət nümayiş etdirməklə aparaq. Şəxsən mən bu seçkidə eyni prinsiplərə sadiq qaldım. Bu prinsiplərə sadiq qalaraq seçki mübarizəsi aparan namizədlərdən biri də Tənzilə xanım Rüstəmxanlı oldu.

Çox hörmətli, Tənzilə xanım. Bir daha Sizi deputat seçilməyiniz münasibətilə təbrik edir, Vətənimiz, dövlətimiz, millətimiz, Neftçalamız uğrunda yorulmaz fəliyyətinizdə uğurlar arzulayıram.

Susana Məmmədova

1 sentyabrda keçirilmiş parlament seçkilərində 70 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizəd
Xəbəri paylaş