Almaniya Ukrayna üçün altı IRIS-T hava hücumundan müdafiə sisteminin alınmasını maliyyələşdirmək niyyətindədir.
Newscenter.az Röyters-ə istinadən bildirir ki, Berlin həmçinin altı ədəd silah tədarük etməyə hazırlaşır.
"Almaniya Ukraynaya daha altı IRIS-T SLM zenit-raket kompleksini pulsuz təhvil verməyi planlaşdırır və öz hərbi hava qüvvələri üçün əlavə altı ədəd IRIS-T SLM almaq niyyətindədir", -deyə agentliyin mənbəsi bildirib.
Qeyd edək ki, Berlin Rusiya-Ukrayna müharibəsi başlayandan Kiyevə ən çox hərbi yardım ayıran ölkələrdən olub.
Anar Əliyev