Bu il ADY-yə məxsus dəmir yollarında piyadaların ehtiyatsız davranışları səbəbindən 9 insanvurma hadisəsi baş verib. Newscenter.az quruma istinadən bildirir ki, nəticədə 5 nəfər vəfat edib, 4 nəfər xəsarət alıb.
“Dəmiryol nəqliyyatının yüksək təhlükəli zonalarında vətəndaşların olması, obyektlərin yerləşdirilməsi və işlərin aparılması Qaydaları”na görə, körpülər və tunellər olmayan stansiyalarda piyadalar dəmir yollarını keçid döşənəyi olan yerlərdən keçməlidirlər.
Yolu keçməzdən əvvəl sağa və sola baxaraq qatarın gəlmədiyindən əmin olmalıdırlar.
Piyadalar dəmir yoluna qatar yaxınlaşarkən gözləməli və yalnız qatar keçib getdikdən, qonşu dəmir yollarında hərəkətdə olan qatarın olmadığından əmin olduqdan sonra hərəkətə davam etməlidirlər.
Süleyman