“Ləğv edilmiş separatçı rejimin sonuncu “rəhbəri” Samvel Şahramanyanın açıqlamaları cəfəngiyat və təxribatdan başqa bir şey deyil. Yaxşı olardı ki, Ermənistan rəhbərliyi belə bir həssas məqamda, Azərbaycanla sülh müqaviləsinin detallarının müzakirə edildiyi mərhələdə Şahramanyan kimi separatçıları zərərsizləşdirsin, onların pozuculuq əməllərinin qarşısını alsın”.
Newscenter.az xəbər verir ki, bunu “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. O bildirib ki, Şahramanyan kimi separatçıların yenidən baş qaldırması, onların Azərbaycana qarşı əsassız fikirlər səsləndirməsi təsadüfi deyil. İctimai Birlik sədrinin sözlərinə görə, Şahramanyan “Qarabağa qayıdışımız beynəlxalq zəmanətlər, layiqli və ədalətli şərtlər daxilində mümkün olacaq”, deməklə xaricdən pozuculuq. Separatçılıq fəaliyyəti üçün dəstək aldığını təsdiqləyib:
“Şahramanyan “Böyük ümidimiz var ki, vətənimizə qayıdıb uğur qazanacağıq. Qarabağın hansı status və necə qaytarılması məsələsi həmişə gündəmimizdədir. Biz mütəmadi olaraq qaytarılma məsələlərini müzakirə edirik”, deməklə separatçılığın hələ də davam etdiyini göstərir. Lakin Şahramanyan və ona dəstək verən xarici güclər unudurlar ki. “Dəmir Yumruq” yerindədir. Əgər Ermənistan rəhbərliyi separatçıların fəaliyyətlərini zərərsizləşdirməsə və Azərbaycana ərazilərinə qarşı hansısa təxribata rəvac verilsə, o zaman “Dəmir Yumruq” Ermənistanı yer üzündən siləcək. Nə qədər gec deyil erməni cəmiyyəti və Ermənistan hakimiyyəti anlamalıdır ki, Azərbaycanın bu dəfəki cavabı bu ölkə üçün bədbəxtliyə gətirib çıxara bilər”.
Süleyman