"Görünən odur ki, Ermənistan odla oynayır. Ləğv edilmiş qondarma rejimin sonuncu "rəhbəri" Şahramanyanın son cəfəng açıqlamasının arxasında da məhz Ermənistan hakimiyyəti dayanır".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Elvin Babayev səsləndirib. O bildirib ki, Şahramanyanın separatizmə yönəlik çağırışları, təxribatçı əməllərinin arxasında Ermənistan hakimiyyəti dayanmasaydı həmin separatçı indiyə qədər ya cəzalandırılar, ya da Bakıya təhvil verilərdi:
"Göründüyü kimi bunun heç biri baş verməyib. Deməli Şahramanyanın separatçı fəaliyyətinə elə Ermənistan hakimiyyəti özü dəstək verir".
Politoloq hesab edir ki, Ermənistan hakimiyyətinin bu məkirli planı sözügedən ölkə üçün ağır nəticələrə səbəb ola bilər.
Anar Əliyev