Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Güclü külək Xaçmazda fəsadlar törədib, xəsarət alanlar var

Güclü külək Xaçmazda fəsadlar törədib, xəsarət alanlar var


Davam edən güclü külək Xaçmaz rayonunda fəsadlar törədib.

"Report"un Şimal bürosunun məlumatına görə, Xaçmaz-Xudat avtomobil yolunun Nərəcan kəndindən keçən hissəsində külək iri gövdəli ağacı kafenin üstünə aşırıb.

Nəticədə birmərtəbəli tikliyə ciddi ziyan dəyib, kafedə olan şəxslər isə xəsarət alıb.

Həmçinin adıçəkilən ərazidə qırılaraq magistiral yola düşən ağac parçaları avtomobillərin hərəkətini çətinləşdirib.

Küləkl hava şəraiti səbəbindən Xaçmaz rayonunun bir hissəsinə elektrik enerjisinin verilişi dayanıb.

Xəbəri paylaş