"Hər bir xalqın tarixinin ən mürəkkəb mərhələsində onun dövlətçilik ənənələrini formalaşdırmış milli lideri müstəsna rol oynayır. Ona görə də liderlərin mənalı və zəngin həyat səhifələrini vərəqləyərkən onların mənsub olduğu xalqların dövlətçilik ənənələri, tarixi, inkişaf səviyyəsi barədə də aydın təsəvvür yaranır".
Newscenter.az-ın xəbərinə görə, bu fikirləri YAP üzvü Pərvanə Verdiyeva səsləndirib. O deyib ki, həmin dahi şəxsiyyətlər yüksək mənəvi aləmləri, ali bəşəri və milli ideallara, ümummilli mənafelərə bağlılıqları ilə milyonların qəlbində möhtəşəm abidə ucaldırlar:
"Ulu öndər Heydər Əliyevin Ali Məclisin Sədri seçilməsi milli dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri, xalqımızın ümidlərinin dirçəlişi və gələcəyə inamının artmasının təcəssümü idi".
Anar Əliyev