Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kuba Aİİ ilə əməkdaşlıqda maraqlıdır

Kuba Aİİ ilə əməkdaşlıqda maraqlıdır


Kuba Avrasiya İqtisadi Forumu çərçivəsində birgə tədbirlər keçirəcək.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Avrasiya İqtisadi Komissiyasının İnteqrasiya İnkişafı Departamentinin direktoru Mikael Belluyan və Kubanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Xulio Antonio Qarmendia Penya arasında keçirilən görüşdə bildirilib.

Tərəflər razılaşıblar ki, Yerevanda keçiriləcək biznes dialoqunun gündəliyi Aİİ ölkələri ilə Kuba arasında ticarət-iqtisadi əməkdaşlığın dərinləşdirilməsi mexanizmlərinin müzakirəsinə həsr olunmalıdır.

Görüşün yekunlarına əsasən, tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər üzrə konstruktiv dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.

Mehman Mehdiyev
Xəbəri paylaş