Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Monqolustan prezidenti Rusiyaya gələcək

Monqolustan prezidenti Rusiyaya gələcək


Putin Monqolustan prezidentini Qələbənin 80 illiyi münasibətilə Moskvada keçiriləcək şənliklərə dəvət edib.

Newscenter.az TASS-a istinadən bildirir ki, Rusiya prezidenti Vladimir Putin monqolustanlı həmkarı Uxnaaqiyn Xurelsuxla görüşündə sözügedən dəvəti səsləndirib.

“Cənab Prezident, biz sizi gələn ilin may ayında Moskvada Qələbənin 80 illiyi ilə bağlı təntənəli tədbirlər üçün gözləyirik”, - deyə Rusiya Prezidenti deyib.

Putin, "Ölkəmiz Böyük Vətən Müharibəsi illərində Monqolustanın SSRİ-yə göstərdiyi yardımı, eləcə də 1945-ci ildə Kvantunq ordusunun məğlubiyyəti zamanı döyüş dəstəyini xatırlayır və yüksək qiymətləndirir”, - deyə qeyd edib.

Mehman Mehdiyev
Xəbəri paylaş