Qazaxıstanda Atom Elektrik Stansiyasının (AES) tikintisi ilə bağlı keçiriləcək referendumun vaxtı bəlli olub.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, AES-in tikintisi ilə bağlı respublika referendumu oktyabrın 6-da keçiriləcək.
Qazaxıstanın Mərkəzi Referendum Komissiyası AES-in tikintisi ilə bağlı referendumun nəticələrinin necə çıxarılacağını açıqlayıb.
Komissiyanın sədr müavini Konstantin Petrovun sözlərinə görə, respublika referendumu haqqında konstitusiya qanunu var. Buna əsasən, siyahıya alınmış seçicilərin yarıdan çoxu səs verərsə, referendum keçirilmiş sayılır.
Mərkəzi Referendum Komissiyasının hesabatına görə, bu tədbirin keçirilməsi üçün 15,5 milyard tenge lazımdır.
Mehman Mehdiyev