Tehran Moskvanın Zəngəzur dəhlizini dəstəkləməsindən narahatdır. Rusiyanın Tehrandakı səfiri Aleksey Dedovun İran Xarici İşlər Nazirliyinə çağrılması bununla bağlıdır.
Newscenter.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, səfirlə görüşdə müxtəlif mövzular müzakirə olunsa da, hiss olunur ki, Tehran Moskvanın Zəngəzur dəhlizinə verdiyi dəstəkdən narahatdır:
"Tehranın Kremlin də Zəngəzur dəhlizi əleyhinə siyasət yürüdəcəyi hesabı yanlış çıxıb. İrandakı dairələr əvvəlkitək hesab edirlər ki, Zəngəzur dəhlizi İran-Ermənistan sərhəddini bağlayacaq. Halbuki, söhbət sərhədin qapanmasından deyil, dəhlizin açılmasından gedir ki, bundan müxtəlif ölkələr, o cümlədən İran da istifadə edə bilər".
Anar Əlliyev
Bu gün də evirmizd2