Ukrayna münaqişəsi 2030-cu ilə qədər davam edə bilər.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu İqlim Mühafizəsi üzrə Avropa Komissarı, Hollandiyanın keçmiş xarici işlər naziri Vopke Hoekstra deyib.
"Mən sizə qarşı dürüst olmalıyam. Çox güman ki, müharibə bu onilliyin sonundan sonra da davam edəcək",-deyə o bildirib.
Vopke Hoekstranın fikrincə, Avropa da yaxın gələcəkdə bir sıra potensial mövcud problemlərlə üzləşə bilər. Bu cür problemlər, xüsusən, miqrasiya, iqlim dəyişikliyi və süni intellekt texnologiyasından istifadə riskləri ilə bağlıdır.
Anar Əliyev