"Ulu Öndər hər zaman xalqın dəstəyinə arxalanırdı. Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər öz titanik fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir".
Newscenter.az xəbər verir ki, bunu YAP üzvü Zaur Mehdiyev deyib. O bildirib ki, xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir:
"Xalqın daha mütərəqqi hissəsini, qabaqcıl ziyalılarını və siyasətçilərini birləşdirən Yeni Azərbaycan Partiyası artıq formalaşmağa başlamış və xalqın böyük əksəriyyətini bilavasitə Heydər Əliyev kimi görkəmli siyasi xadimin ətrafına toplamağa nail olmuşdu. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən haldır. Məhz Heydər Əliyev öz dühası ilə Azərbaycan tarixinin bu yeni mərhələsində cəmiyyəti səfərbər edərək müstəqil siyasi, iqtisadi və sosial-mədəni kursun gerçəkləşməsinə nail oldu. İlk növbədə, ölkədə separatçı qüvvələr zərərsizləşdirildi, vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı".
Anar Əliyev