Yaponiyada son günlər havanın kəskin isti keçməsi səbəbindən ölənlərin sayı 248-ə yüksəlib.
Newscenter.az Röyters-ə istinadən bildirir ki, ən yüksək temperatur paytaxt Tokioda müşahidə edilib. Yüksək temperatur səbəbindən həyatını itirənlər də məhz paytaxt sakinləri olub. Həlak olanların yaş həddi 40-90 arasında olub.
Dövlət televiziyasının xəbərinə görə, 2022-ci ildə isə Tokioda yüksək temperatur səbəbindən 251 nəfər ölüb.
Mehman Mehdiyev